İsraildə Keren və Nisim Ayeşlər ailəsində körpə anasının ölümündən iki il sonra dünyaya gəlib.Keren
və Nisim 14 il bundan əvvəl evləniblər. Onlar uşaqlarının çox olmasını
arzu etsələr də, uşaq dünyaya gətirmək onlara qismət olmur. Keren
sonsuzluqla bağlı müalicə olunsa da, bunun faydası olmur. Bu zaman o,
EKO prosedurundan istifadə etməyi qərara alır. Bu vaxt qadına dəhşətli
diaqnoz qoyulur. Belə ki, onda beyin şişi aşkar edilir. Uşaqla bağlı
planları təxirə salmaq lazım gəlir. Bütün qüvvə xəstəliklə mübarizəyə
yönəldilir. Həkimlər onun beynindən şişi uğurla kənarlaşdırsalar da,
xəstəlik sağalmır və Keren tezliklə ölür.
Ölümündən bir az əvvəl Keren ərinə deyib ki, EKO-ya hazırlıq zamanı
dondurulmuş rüşeymlərindən istifadəyə görə icazə imzalayıb. Lakin onları
almaq üçün Nisimə icazə verilmir. Qanuna görə, surroqat analığa yalnız
ərlə arvadın hər ikisinin icazəsi ilə yol verilə bilər, Kerenin
icazəsini isə almaq isə artıq mümkün deyildi. Rüşeymləri yalnız bir
şərtlə əldə etmək olardı ki, onlardan İsrail ərazisində istifadə
olunmasın. Odur ki, Nisim ABŞ-da surroqat ana tapır və bu ona 30 min
dollara başa gəlir.
Artıq bu yaxınlarda Nisimin uşağı dünyaya gəlib.
Doğuşda həm Nisim, həm də Kerenin valideynləri iştirak edib. Nisimin
sözlərinə görə, oğlu eyni zamanda həm ona, həm də mərhum anasına
bənzəyir.