Hazırda Ukraynada təmirdə olan ilk 10 sərnişin qatarının əldə
edilməsindən sonra "Azərbaycan Dəmir Yolları" QSC "Rusiya Dəmir Yolları"
MMC ilə ölkə qatarlarının Azərbaycan və Rusiya arasındakı reyslərdə
işləmək üçün qaytarılma prosesini razılaşdırmağa başlayacaq. Bu barədə
cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov
bildirib.
"Biz ayın sonunadək vaqonların ilk partiyasını alacağıq, bundan sonra
rusiyalı həmkarlarla razılaşdırma prosesi başlayacaq", - Əzməmmədov
deyib.
Onun sözlərinə görə, razılaşdırma prosesində təmir edilən Azərbaycan vaqonlarının çıxarılacağı marşrut dəqiqləşdiriləcək.