Ana səhifə » 2012»May»7 » Azərbaycanda güclü zəlzələ olub, dağıntılar var
09:57
Azərbaycanda güclü zəlzələ olub, dağıntılar var
10:42
Zaqatalada baş vermiş zəlzələ ilə bağlı rayon İcra Hakimiyyətində təcilli müşavirə keçirilib.
İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya bildirib ki, müşavirədə lazımı tapşırıq və göstərişlər verilib.
E.
Ramazanov deyib ki, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər
mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb. Hazırda dağılmış
evlər siyahıya alınır. İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik
məlumat yoxdur.
Zaqatala rayon Aşağı Tala kənd sakinlərinin
APA-ya verdikləri xəbərə görə, kənddə fəaliyyət göstərən 3 saylı orta
məktəbdə çatlar əmələ gəlib. Həmçinin orta məktəb binasının şüşələri
qırılıb. Nəticədə bir neçə şagird xəsarət alıb.
--------- 10:35
Milli.Az-ın
AMEA Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən verdiyi
məlumata görə, yeraltı təkanların gücü Zaqatala və Qaxda 7 bal, Şəki,
Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.
Tikililərdə dağıntı var. İnsan tələfatı yoxdur.
---------- 10:18
Sakinlərin
Anspress-ə verdikləri məlumata görə, yeraltı təkanlar bu gün saat 09:39
radələrində hiss edilib. İlkin məlumata görə, təkanlar nəticəsində
köhnə evlərdə çatlar əmələ gəlib. Zəlzələ əhali arasında böyük təşvişə
səbəb olub. Rayon sakinləri evlərindən çıxaraq küçələrə axışıblar.
Anspress-in
məlumatına görə, yeraltı təkanlar Şəki və Mingəçevirdə də hiss edilib.
Sakinlərin Anspress-ə verdikləri məlumata görə, mərkəzdə zəlzələ zamanı
uğultu səsləri eşidilib. Yeraltı təkanların gücü 3-5 bal arası olduğu
ehtimal edilir. Ölən və xəsarət alanların olub-olmadığı hələlik məlum
deyil.
--------- 10:14
AMEA
Respublika Seysmoloji Xidmət Mərkəzi baş vermiş zəlzələ ilə bağlı
məlumat yayıb. Milli.Az-ın xidmətin internet saytına istinadən verdiyi
məlumata görə, bu gün saat 09:40-da Zaqatala rayonundan 17 km
cənubi-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 5,5 bal,
zəlzələ ocağının dərinliyi 10 kilometr olub. Zəlzələ hiss olunub.
---------- 10:10
Goranboy rayonunda da güclü zəlzələ müşahidə olunub. Yerli sakinlərin
Milli.Az-a verdikləri məlumata görə, bu gün saat 09:50 radələrində
təxminən 5-6 bal gücündə zəlzələ hiss olunub. Bütün sakinlər evlərdən
küçələrə çıxıblar. Evlərdə olan əşyalar dağılıb.
---------- 09:56
APA-nın
yerli sakinlərə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 5 baldan
çox olub. Belə ki, saat 09:30 radələrində baş verən yeraltı təkan
nəticəsində evlərdə çatların əmələ gəldiyi köhnə tikililərdə dağıntı
olduğu bildirilir. Bu əhali arasında böyük təşvişə səbəb olub. Hamı
evlərdən çıxaraq küçələrə axışıb.
Ölən və xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.