Xalq artisti Məleykə Əsədova televiziya
proqramlarından birində şəxsi həyatından danışıb. ANS PRESS-in Day.Az-a
istinadən verdiyi məlumata görə, aktrisa onunla ailə qurmaq istəyən
çoxlu sayda insanın olduğunu söyləyib: "Bu haqda həmişə düşünürəm. Hər
evin kişiyə ehtiyacı var. Odur ki, son zamanlar bu haqda daha çox
düşünməyə başlamışam. Artıq bir dəfə bu addımı atmışam. Odur ki, bu dəfə
daha yaxşı fikirləşməliyəm. Necə deyərlər, yüz ölç, bir biç. Sevgi
dəvət gözləmir. Onun nə zaman gələcəyini bilmək olmur”.
Xatırladaq ki, M.Əsədovanın ilk nikahdan bir qızı var.