Ana səhifə » 2012»May»13 » Azərbaycanlı müğənni küçənin ortasında hücuma məruz qaldı
10:14
Azərbaycanlı müğənni küçənin ortasında hücuma məruz qaldı
Naməlum şəxs öncə müğənni Elyanə Əhmədovanın üstünə avtomobil sürdü, ardınca sillə vurub qaçdı.
Milli.Az-ın əməkdaşı ilə telefon söhbətində Elyanə yaşadığı arzuolunmaz hadisənin təfərrüatları barədə belə danışdı:
"Hadisə
mayın 11-də Bakının Nərimanov rayonunda, Nəriman Nərimanovun adını
daşıyan parkın yaxınlığında baş verdi. Yolu keçmək istəyən anda sürətlə
hərəkət edən avtomobil az qala məni vuracaqdı. İlk əvvəl elə bildim ki,
bu, sadəcə, avtoxuliqandır. Ancaq avtomobilin dayandığını görəndə
narahatlığım daha da artdı. Sürücü gənc oğlan idi. Maşından düşüb mənə
yaxınlaşdı və heç nə demədi, üzümə sillə vurdu. Sonra avtomobilə mindi.
Maşında iki oğlan da vardı. Avtomobil hadisə yerindən uzaqlaşdı. Bu,
dəhşət idi. Tanımadığım insan tərəfindən, həm də günün günorta çağı
təhqir olunmağımın şokundan hələ də çıxa bilmirəm.
Bağın
kənarından xeyli adam keçsə də, heç kim mənə yaxınlaşmırdı. Daha sonra
necə qışqırdımsa, taksi sürücüləri başıma yığışdılar. Polisə xəbər
verənlər də məhz onlar oldular. Polisə məlumat veriləndən sonra ifadəmin
alınması üçün yaxınlıqdakı 18-ci polis bölməsinə getdim. Çox həyəcanlı
olduğum üçün maşının nömrə nişanını da yadımda saxlaya bilmədim. Ancaq
ümidimi itirmirəm, inanıram ki, polislər ən qısa zamanda həmin şəxsin
kimliyini müəyyən edəcəklər".
Danışdıqca əsəbləri tarıma çəkilən
müğənni onu vurub qaçan şəxsin kimliyini müəyyənləşdirməkdən ötrü
polislərin küçədəki müşahidə kameralarında əks olunan görüntülərdən də
istifadə edəcəklərini söylədi.