SİA-ya açıqlama verən xanım ifaçı
Azərbaycanda onunla yarışa biləcək müğənninin olmadığını dilə gətirib:
"Mənimlə heç kim yarışa bilməz. Özümə heç kimi rəqib görmürəm, çünki bu
sözü mən yox, xalq deyir. Əgər kimsə mənimlə yarışmaq istəyirsə,
buyursun gəlsin”.
Mətanət xanım konsert verib, zalı doldura
bilməyən həmkarlarından da söz açıb: "Əgər nə vaxtsa, Heydər Əliyev
sarayında konsert versəm, ola bilsin ki, zal boş qalsın. Çünki
bəxtə-bəxtdir. Sənətdən xəbəri olmayan müğənnilər ki, bütün zalı
doldurur. Heç kimə söz atmaq fikrim də yoxdur. Həmkarlarım bilirlər ki,
kiməsə sözüm olanda üzünə deyirəm. Göz qabağında olan məsələlərdən
danışıram”.