"Xalq ulduzu” yarışmasının iştirakçısı kimi tanınan Xəlil Niftəliyev subaylığla vidalaşdı. Xalq və estrada mahnılarının ifaçısı kimi tanınan müğənni XəlilNiftəliyev özünə təmətəraqlı toy çaldırıb.
İllərdən bəri nişanlı olduğu İnci xanımla evlənən sənətçinin ən xoş günündə aparıcılıq missiyasını teleaparıcı Samir Bayramlı öz üzərinə götürdü. Toyu idarə edən əsas müğənni qismində isə Mətanət Əsədova çıxış edib.
Milli.Az olaraq toydan eksklüziv görüntüləri təqdim edirik. Gün ərzində geniş fotosessiya ilə xəbəri yeniləyəcəyik.