Ana səhifə » 2012»May»17 » Azərbaycanlı prodüserin ad günü yasa çevrildi - FOTO
16:09
Azərbaycanlı prodüserin ad günü yasa çevrildi - FOTO
Bu gün Azərbaycanın tanınmış prodüseri Ceyhun Məhərrəmovun doğum
günüdür. SİA-ya açıqlama verən prodüser bu günü bizimlə bölüşüb: "Bu
gün 24 yaşım tamam olur. Ancaq ad günümü böyük təmtəraqla keçirə bilməyəcəyəm.
Çünki bu yaxınlarda cavan yaşında bibim dünyasını dəyişib. Ailəm hüzün
içindədir. Ailəmə və özümə Allahdan səbir diləyirəm”,-deyə fikirlərini
tamamlayıb.
Biz də Ceyhunu ad günü münasibəti ilə təbrik edir,
yenicə dünyasını dəyişmiş bibisinə isə Allahdan rəhmət diləyirik.