Bəhlul Danəndənin yanına bir kəndli gəlib deyir:
-Ey, Bəhluli Danəndə!.Mən çox kasıbam.Uşaqlarıma yemək tapa bilmirəm.Mənə bir məsləhət ver.
Bəhlul Danəndə kişiyə diqqətlə qulaq asıb deyir:
-Bu il quraqlıq olacaq.Çoxlu soğan alıb anbara doldur.Vaxtı çatanda satarsan
Doğurdan da həmin il quraqlıq olur.Kişi həmin qış anbardakı soğanları satıb varlanır.Bir müddətdən sonra yenə Bəhlul Danəndənin yanına gəlib deyir:
-Ey,Bəhluli Divanə! Mən daha da varlanmaq istəyirəm.Mənə məsləhət ver.
Bəhlul Danəndə fikirləşib deyir:
-Çoxu dəmir al.Aralarını sula və birbirinin üstünə yığ
Kişi onun dediyi kimi edir.Lakin, bir müddət keçəndən sonra görür ki, bütün dəmirlər pas atıb..Olan qalan pulunu da itirir..
Sizcə Bəhlul Danəndə kişiyə niyə belə məsləhət verir???????