Bakı Funikulyoru 9 aylıq təmirdən sonra yenidən sakinlərin istifadəsinə verilib.Funikulyorun aşağı və yuxarı vestibülləri tamamilə yenilənib, köhnə relslər təzələnib, vaqonlar dəyişdirilib. Funikulyor vaqonunun əsas özəlliyi isə onun tamamilə şüşədən yığılmasındadır. Hər tərəfi şüşə olan vaqonlardan Bakı buxtasının gözəl panoraması xüsusilə qabarıq görünür. Rəngli işıqlarla işıqlandırılan tunellər də tamamilə yenidən qurulub. Köhnə gözləmə zalları isə yenilənib. Ətrafdakı təmizlik, genişlik, gözəl atmosfer şəhər sakinlərinə və gələn qonaqlara zövq verir.
Səhər saatları olmasına baxmayaraq funikulyora minənlərin sayı xeyli çox olub. Onların arasında yerli sakinlərlə yanışı turistlərə də rast gəlmək mümkündür. Funikulyorda gediş haqqı tələb olunmur. Dispetçerin verdiyi məlumata görə,funikulyorla gəzintisiyə çıxmaq istəyənlər mayın 29-a qədər nəqliyyat vasitəsindən pulsuz istifadə edə biləcəklər. Sonra isə gediş haqqı bir manat civarında olacaq.
Qeyd edək ki, funikulyorun girişində turniketlər quraşdırılıb. Gələcəkdə funikulyorla gəzintiyə çıxmağın dəyəri kartla ödənəcək.
eurovisionun ikinci yarim finali gunu gece wehere getmiwdim weher cox gozel gorunur funikulyorda cox gozel gorunur heyif ki, gec oldugucun mine bilmedim