Dünən biz "Eurovision" tarixi ərzində ən çox sayda azarkeş gördük.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən mətbuat
konfransında "Eurovision"un təşkilatı məsələləri üzrə rəhbəri Sietse
Bekker bildirib.
"Biz Azərbaycan xalqının müsabiqəyə belə maraq göstərdiyinə görə şadıq", - Bekker deyib.
Onun sözlərinə görə, dünən müsabiqənin rəsmi saytının canlı efirində ötənilki yarımfinaldan 80 faiz çox internet trafiki olub.
Müsabiqənin rəhbəri Yan Ola Sand sosial şəbəkələrdə "Eurovision"un
populyarlıq məsələsinə toxunub. Onun sözlərinə görə, Bakıda keçirilən
birinci yarımfinalla bağlı aparılan təhlil "Twitter" və digər sosial
şəbəkələrdə statusun yüksək fəallığını göstərib. "Bu, Avropanın, xüsusən
gənclərin "Eurovision"a yüksək marağını göstərir", - Sand deyib.