Şotlandiyalı professor "Eurovision-2012"-ni fantastik şou adlandırıb.
"Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Bakıya qonaq gəlmiş şotlandiyalı professor İan Buick bir həftə ərzində Azərbaycanda gördüklərindən məmnun qalıb.
"Mən bu ölkədə gedən inkişafa, paytaxt Bakının gözəlliyinə heyran oldum", - deyə Buick bildirib.
Şotlandiyalı qonaq ölkənin böyük sıçrayışla inkişafa qədəm qoyduğunu da bildirib.
Professor İan Bucik izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsinə ev
sahibliyi edən Azərbaycanın bu böyük beynəlxalq tədbiri yüksək
təşkilatçılıqla həyata keçirdiyini qeyd etmiş və jurnalistlərə
müsahibəsini bu sözlərlə yekunlaşdırıb: "Fantastik şou idi, Azərbaycan
özü də fantastik ölkədir, "Baku Crystal Hall"a isə söz ola bilməz".