Beren Saat "Fatmagül’ün Suçu
Ne” serialının final seriyasının çəkilişindən sonra Türkiyədən
gedir.Məşhur aktrisa 6 ay boyunca Amerikada qalacaq.
"Aşk-ı
Memnu” serialı ilə məşhurlaşan və ardınca digər reytinq rekordları
qıran "Fatmagül’ün Suçu Ne”də baş rolu ifa edən Beren Saat artıq
dincəlmək istəyir. Gənc aktrisa serialın 21 iyunda yayımlanacaq final
seriyasından sonra Amerikaya gedəcək. Son zamanlar Kənan Doğulu ilə
yaşadığı sevgi münasibətləri ilə gündəmdə olan Beren yaxınlarına artıq
göz önündə olmaqdan bezdiyini və bunun üçün də Amerikaya getmək
istədiyini deyib. Aktrisa 6 aylıq Amerika səyahətinə Kənan Doğulu ilə
birlikdə yollanacaq, cütlüyün Doğulunun Los Angelesdəki evində qalacağı
iddia edilir.