Dəmiryolu layihəsinə görə, relslərin keçəcəyi ərazidə yerləşən və 122 il
yaşı olan tarixi bina sökülməyib. Bunun əvəzində 6200 ton ağırlığında
binanı 60 metr sürüşdürüblər.
İsveçrənin Sürix şəhərinin Örlikon səmtində yerləşən sabiq zavod binası sökülməyib.
122 illik binanın altına relslər döşənib, təməli qazılıb və linglər vasitəsilə hərəkətə gətirilib.
3-5 km/saat sürətlə hərəkət edirilən bina bu minvalla 60 metr sürüşdürüləndən sonra yeni yerində bərqərar olub. Çünki binanın yeni yerində də təməl qazılmış və bina əvvəlki vəziyyətində "oturmuş"du.
Binanın sürüşdürülməsi əməliyyatına 3 milyon İsveçrə frankı xərclənib. 130 mühəndislə fəhlənin cəlb olunduğu proses 16 saat davam edib.