ABŞ-ın Florida ştatında yaşayan ailə evdə və həyətdə çılpaq dolaşır. Onlar yeganə problemlərinin ağcaqanadlar olduğunu deyirlər.
Milli.Az "The ABC News"a istinadən bildirir ki, ailənin 15 və 9 yaşlı övladları lüt yaşamaqdan həzz aldıqlarını deyirlər. 9 yaşlı Aleks Rimer söyləyir ki, çılpaq yaşadıqlarından, moda problemindən canları qurtulub. Ailə 70 nəfərin yaşadığı nudist düşərgəsinə 6 il əvvəl köçüb. Aleksin qardaşı, 15 yaşlı Bad 18 yaşı tamam olanda ailəsindən ayrılacağını bildirib.
"Lüt dolaşmaqdan bezdim. Paltar geyinəndə özümü daha rahat hiss edirəm", - Aleks deyib.
Uşaqların valideynləri - Frenk və Sandra Rimerlər isə deyirlər ki, onlara lüt yaşamaq ləzzət verir. "İnsanlar
bizlər barədə yanlış təsəvvürə malikdirlər. Arvadımla mən lüt yaşayırıq
və bir-birimizə də əsla xəyanət etmirik. Uşaqlarımızla birlikdə
yaşayırıq. Onlar bizi, biz də onları çılpaq görürük", - Frenk Rimer
deyib.
Nudistlərin düşərgəsinin rəhbəri Morli Şlossun dediyinə
görə, onlar yerli hakimiyyət strukturları tərəfindən hər hansı problemlə
qarışlaşmayıblar.