Türkiyə təmsilçisi Can Bonomo "Bakı Kristal Zalı"nın səhnəsindəki məşqi
başa çatdı. ANS PRESS-in məlumatına görə, ifaçı məşq zamanı şok yaşayıb.
Onun meneceri və deyilənlərə görə həm də sevgilisi olan xanım məşq
zamanı səhnənin kənarından aşağı yıxıldı. Bunu görən Can Bonomo,
türkiyəli nümayəndələr və məşqi izləməyə gəlmiş jurnalistlər həyəcanla
qışqırdılar. Hər kəs bir anlıq qorxu-həyəcan yaşadı. Adını bilmədiyimiz
xanım yıxıldığı yerdən çıxıb heç bir xəsarət almadığını sübut etmək üçün
gülə-gülə hamıya özünü nümayiş etdirdi.
Qeyd edək ki, Türkiyə təmsilçisi bir neçə dəqiqədən sonra jurnalistlər qarşısına çıxacaq.