Yay fəslinə çox az qalıb... İndiden satışda olan dondurmaları görürük. Bəs oların keyfiyyətindən əminikmi???? Əlbətdə hər kəsin ilk olaraq verəcəyi cavab YOX,ƏMİN DEYİLEM,SADƏCƏ REKLAMINA GÜVƏNİRƏM dyə bilərsiniz...Ancaq niyə bilmədiyimiz malları alırıq,hazır öz reseptimizlə öz sevdiyimiz dondurmanı hazırlaya bilərik.. Buda Resept
Tərkibi: Yumurta – 3 ədəd Şəkər tozu – 1 stəkan Krem şanri – 2 paket Vanilin – 1 paket Süd – 0,5 litr Limon – 1ədəd Kakao – 2 x.q Çiyələk – 300 qr.
Hazırlanması:
Yumurtanı çalıb, üzərinə şəkər tozu əlavə edib, yenidən qarışdırın.
Krem şantini və südü töküb, 15 dəqiqə yenidən çalın. Qarışığı üç hissəyə
bölüb, birinə kakao, ikinciyə xırda doğranmış çiyələk, digərinə limon
şirəsi və rəndələnmiş limon qabığı qatın. Qaba qarışıqlardan sıra ilə
yığıb, soyuducuda 4 saat saxladıqdan sonra süfrəyə verin.