Türk kinosunun gənc istedadlarından rejissor və prodüser Seyfi Teoman müalicə aldığı xəstəxanada vəfat edib.
35
yaşını qeyd etdiyi 16 aprel günü keçirtdiyi motosiklet qəzasından sonra
beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən və reanimasiyada
müalicə alan gənc rejissor Seyfi Teoman həyat mübarizəsini dayandırıb.
Boğaziçi Universitetinin ardından Polşanın nüfuzlu Lodz Film
Akademiyasının rejissorluq fakültəsini oxuyan Seyfi Teomanın "Bizim
Büyük Çaresizliğimiz” filmi keçən il Berlin Film Festivalında mübarizə
aparıb. Teomanın ilk uzun metrajlı filmi "Tatil Kitabı” da dünya
premyerasını Berlin Film Festivalında edib və İstanbul Film Festivalında
ən yaxşı film seçilib.