Çində iyirmidən artıq aşpaz dünyanın ən böyük torunu hazırladı. 8 metr uzunluqdakı tort şirniyyat evinə sığmadığından və daha artıq insana nümayiş olunacaq deyə, Luoyanqdakı alış-veriş mərkəzində ərsəyə gətirildi. 2010-cu ildə Parisdə bişirilən 7.8 metr uzunluqdakı tortun rekordunu qıran çinlilər "Ginnesin Rekordlar Kitabı"na girməyi bacardılar.
500 kq yumurta, 260 kq un, 200 kq krem, 100 kq meyvə və 80 kq şokoladdan hazırlanan tortun üzərində aşpazlar 24 saat əziyyət çəkiblər. Ginnesin səlahiyyətlilərinin razılığından sonra tort mərkəzdəki 3000 nəfərə paylanılıb.