Ana səhifə » 2012»May»7 » Dünyanın ən kök adamı: "Arıqlamasam, öləcəyəm"
10:04
Dünyanın ən kök adamı: "Arıqlamasam, öləcəyəm"
"Gündə 20 min kalori yemək yeyirəm, belimin ölçüsü də 1,4 metrdir. Axırıncı dəfə evdən 2001-ci ilin sentyabrında çıxmışam". Kit Martin artıq 11 ildir ki, evi tərk edə bilmir. O, yataqdadır.
Milli.Az "The Guardian"a istinadən bildirir ki, Kit Martin indi dünyanın ən kök insanı hesab olunur. 2001-ci
ilin sentyabrın 11-də axırıncı dəfə evi tərk edərək həyətə çıxandan
bəri Martin daha da kökəlib. İndi onun çəkisi 368,31 kiloqrama çatıb.
Londonda yaşayan 42 yaşlı Kit arıqlamağa, normal halına qayıtmağa çalışır.
"Gündə
bir paket bekon, 6 kolbasa, 18 yumurtanın qayğanağı, 3 pizza,
buterbrodlar, pirojnalar, konfetlər yeyirdim. Yatmazdan əvvəl 4
buterbrod yeməyincə, özünü narahat hiss edirdim. Üstəlik, gün ərzində 2
litr sərinləşdirici içki, 6 litr də qəhvə içirdim", - Martin deyib.
İndi o, arıqlamağa başlayıb və beli də artıq 10 sm incəlib.
"Dünyanın
ən kök adamı olmağımda günahkar yalnız özüməm. Bu "rekord"u biabırçılıq
sayıram. Üstəlik, həkimlər deyiblər ki, arıqlamağa başlamasam, 50
yaşıma çatmayacağam. Ona görə də həyatımda ciddi dəyişikliklər etməyə
başlamışam. Yenidən normal həyat yaşamaq, küçəyə çıxmaq, dostlarla
gəzmək, parkda dolaşmaq istəyirəm", - Martin söyləyib.