Mərhum britaniyalı müğənni Emi Uaynhausun öz qanı ilə çəkilmiş portreti satışa çıxarılıb
"The İndependent" bildirir ki, üzərinə "Ladylike" yazılmış əsər mərhum müğənninin yaxın dostu olmuş Pit Doqertinin əsərlərinin satışı çərçivəsində müştəri gözləyir.
Uaynhaus dostu Doqerti ilə birlikdə olarkən qanı ilə öz şəklini çəkmişdi. Hadisənin nə zaman baş verdiyi məlumat deyil. Bilinən budur ki, şəkil çəkilərkən müğənni atası ilə telefonla danışıb.
Bundan bəhs edən Doqerti onu da söyləyib ki, Emminin atası Mitç Uaynhausun ondan xoşu gəlmirdi.
Mitç Dokerti şəklin satışa çıxarılması xəbərini eşidəndə deyib: "Bu
şəklə şübhəmi var. Onun çəkilməsi ilə bağlı tarixçə isə sayıqlamadır".
Şəkil mayın 11-də Londonda satışa çıxarılacaq. "Ladylike"in təxminən 99 min avroya satılacağı gözlənilir.