Ana səhifə » 2012»May»6 » "Eurovision" məqsədi insanları bir araya gətirməkdir
12:23
"Eurovision" məqsədi insanları bir araya gətirməkdir
"Eurovision" məqsədi insanları bir araya gətirmək olan festivaldır
Bakıdakı
müsabiqə həyat təcrübəsidir ki, ondan maksimum fayda götürməyə çalışmaq
lazımdır. Bu barədə "Eurovision 2012"-nin Yunanıstandan olan
iştirakçısı Elefteriya Elefteriu bildirib.
"Mən "Bakı Kristal Zalı"nda səhnəyə çıxmaq və auditoriyanın enerjisini hiss etməyi səbirsizliklə gözləyirəm", - müğənni deyib.
Elefteriunun sözlərinə görə, Yunanıstan əhalisini məhz onun
"Eurovision" iştirakçısı seçilməsinə səs verməyə nə məcbur etdiyini
dəqiq bilmir, lakin o bunun üçün həqiqətən mümkün olan hər şeyi edib.
"Mənim səylərim mükafatlandırıldı, insanlar mənə səs verdilər və bu,
mənə mövcud istiqamətdə gələcəkdə işləmək üçün güc və enerji verdi", -
müğənni qeyd edib.
Onun sözlərinə görə, seçim müsabiqəsinin münsiflər heyətinin tərkibinə
bütün Avropanın nümayəndələri daxildir və musiqiçi təkcə öz vətəndaşları
ilə deyil, həm də onlarla qarşılıqlı fəaliyyət göstərməyi və ünsiyyət
saxlamağı bacarmalıdır.
"Şou günündə necə çıxış etməyin vacibdir, öz ölkəndə nə qədər məşhur
olmağının əhəmiyyəti yoxdur. Çünki buna görə heç kəs sənə səs
verməyəcək. Məhz buna görə Yunanıstan mənim kimi gənc ifaçıya şans
vermək qərarına gəldi", - müğənni hesab edir.
Elefteriunun sözlərinə görə, o, heç vaxt Azərbaycanda olmayıb, lakin bu
yaxınlarda Azərbaycanın zəngin mədəniyyəti haqqında oxuyub və müsabiqə
dövründə imkan olduqca çox şey görməyə çalışacaq.
"Mən çox həyəcanlıyam və Azərbaycanda yeni dostlarımla görüşməyi səbirsizliklə gözləyirəm", - o deyib.
Elefteriu sürpriz olması üçün öz mahnı nömrəsi haqqında ətraflı məlumat verməyib.
"Kreativ direktor və xoreoqraf Konstantin Riqos və onun komandası ilə
xoreoqrafiya üzərində çox fəal işləyirik və sadə şəkildə Yunanıstan
"günəşi"ni, eyni zamanda möhtəşəm şou göstərməyə çalışacağıq. Mən
Bakıdakı çıxışımdan sonra rəylərinizi gözləyəcəm!", - müğənni bildirib.
Onun sözlərinə görə, komanda çox məşq edir.
"Mən bu təcrübəni heç nəyə dəyişmərəm. Bu il "Eurovision"un bir hissəsi
olduğuma görə, özümü çox xoşbəxt hiss edirəm" , - müğənni deyib.
Onun sözlərinə görə, heç olmasa üç dəqiqə ərzində belə insanlarla enerjisini bölüşmək və onları xoşbəxt etmək istərdi.
"Mən məsuliyyətdən qorxmuram, çünki Yunanıstanı təmsil etmək böyük
fəxrdir. Mən artıq üzərimə məsuliyyət götürmüşəm və məndən asılı olan
hər şeyi edəcəm. "Eurovision" müsabiqə deyil, bu, məqsədi insanları bir
araya gətirmək olan Avropa musiqi festivalına bənzəyir", - Elefteriu
hesab edir.
Müğənni deyib ki, "Afrodiziak" mahnısı qədim yunan əfsanəsində sevgi və gözəllik ilahəsi olan Afroditanın adı ilə bağlıdır.
"Sevdiyiniz zaman özünüzü gözəl hiss edirsiniz, rəqs etmək, musiqi
dinləmək istəyirsiniz. Bu, sizin həyat və xoşbəxtlik eliksirinizdir.
Mənim mahnım melodiyasında yunan elementləri olan rəqs
kompozisiyasıdır", - o qeyd edib./trend
Mence meqsed eslinde dovletler arasindaki elaqeni gostermekdi.Yaxin olan dovletler bir-birine oxuyandan asili olmadan hemise cox xal verir.misal: Turkiye ve Azerbaycan