Gözəl bir toy hər gənc qızın xəyalıdır. Həyatının ən önəmli günündə
qızlar hamıdan gözəl olmaq istəyirlər. Bunun üçün də toyla bağlı hər bir
detal önəmlidir. Amma ən vacibi təbii ki, birbaşa gəlinlə bağlı olan
gəlinlik, gül, makiyaj, saç düzümüdür.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə,
mütəxəssislər bunun üçün gəlinlərə peşəkar makiyaj ustalarına müraciət
etməyi məsləhət görürlər. Türk mütəxəssis adətən gəlinlərin çini qablar
kimi parlaq görüntü əldə etmək istədiyini deyir. "Gəlinlər makiyajda
rənglərdən qorxurlar. Ancaq bu il rəngli işlər dəbdədir. Baharla
birlikdə gəlinlərin seçimləri də daha canlı rənglərə doğru dəyişir".
Gəlinlərin göz makiyajında ən çox üstünlük verdikləri rənglər qəhvəyi və
ya qaradır. Makiyajda ya dodaqlar, ya da gözlər ön plana çıxarılır.
Gəlin makiyajının ən önəmli məqamı isə onun davamlı olmasıdır. Bunun
üçün isə keyfiyyətli vasitələrdən istifadə labüddür. Dayanıqlılığı təmin
etmək üçün xüsusi spreylərdən də istifadə edilməlidir.
Gəlin makiyajı edilən zaman toyun keçirləcəyi məkanın açıq və ya qapalı
olması, gəlinliyin modeli, rəngi kimi bir çox fakt nəzərə alınmalıdır.
Təbii ki, gəlinlərin istəyi ilə.