Lazım olanlar: 50 q Maskarpone pendiri 50 q Şavru pendiri 9 əd. qaragilə 4-5 əd. moruq 4 əd. böyürtkən Çiyələk sousu ( və ya istənilən giləmeyvə sousu) Badam və Bəzək üçün bir az təzə nanə
Hazırlanma qaydası: 1. Pendirin 2 növü də qatılır bir-birinə: "Maskarpone" və "Şavru" (istənilən başqa yumşaq keçi pendiri ilə də əvəz etmək olar) 2. Giləmeyvə qarşığı hazırlayırıq. Çiyələyi doğrayıb, qalan giləmeyvələri olduğu kimi pendirin üzərinə əlavə edirik, sonra yaxşıca qarışdırırq. Yaxşı olar ki: giləmeyvələri əzməyək, çünki onlar şirələrini ayıracaqlar – desert qar kimi və havalı alınmalıdır! 3. Üzük şəklində formalı qaba pendir-giləmeyvə qarışığını boşaldırıq. 4. Ən sonda üzərini badam ləçəkləriylə və nanə ilə bəzəyirik.