Gün keçdikcə səsin daha az gəlir, gün keçdikcə ümidim, düşüncələrin altında əzilir, görə bilmirəm artıq səni, tanıya bilmirəm artıq. Heç bilməzdim belə olacağını, hər vaxt yanımdasan sanardım, itirdiyimdə anladım, səni sevdiyimi… Davamlı arxama baxıram, bəlkə gəlir ümidiylə amma arxamda gördüyüm yalnız kölgəmdir. Yoxluğun sonum olur. Bəzən düşünürəm görəsən səni sevdiyimi söyləmək üçün gecikdinmi, son bir qışqırıqla "Səni sevirəm" dedim amma artıq sən yoxsan, əgər eşidirsənsə, əgər ki eşitdiyinin sənin üçün bir mənası varsa yalnız kiçik bir gülümsəməyin sənə gələn yolları işıqlandırmaq üçün bəs edər, əgər məni görmək istəsən, mən həmişə eyni yerdə xəyallarımla birlikdəyəm, bəlkə səni görərəm deyə… Qürur... Yenə gecənin qaranlığında təkəm və yenə səni düşünürəm. Sənsiz keçən hər dəqiqə nə qədər çətin keçir, səndən ayrıldığım anın mənim üçün nə qədər ağrılı olduğunu bilirmisən, indi necə içim ağrıyır bilə bilməzsən! Heç bilməzdim gecələrin bu qədər uzun, sensizliyin isə bu qədər ağrılı olduğunu. Hər kəsə dinlətdirirəm özümü amma ürəyimə dinlətə bilmirəm... Kaşki qarşına çıxa biləcək cəsarətim olsa, gözlərinə baxıb qışqıra bilsəm səni nə qədər gözlədiyimi...