Ötən il azərbaycanlı model Günay Musayeva ilə evlənən və ata olmaq üçün
gün sayan türkiyəli aktyor Tolqa Karel "Doğum üçün sponsor xəstəxana
axtarır” xəbərlərinə reaksiya verib.
Aktyor məşhurluğundan istifadə edərək sponsor xəstəxana axtardığını təkzib edib:
"Hətta
bir xəstəxana mənim adımdan istifadə etmək istədi, doğum o xəstəxanada
gerçəkləşsin deyə bizə 10 min dollar təklif etdilər. Amma mən bunu qəbul
etmədim. Sığortam var, xəstəxana məsrəflərinin qalanını da özüm
ödəyəcəm. Övladımız özəl xəstəxanalardan birində dünyaya gələcək”.
Tolqa Karel dünyaya gələcək oğullarına qoyacaqları adı da açıqlayıb: Cihangir Can.