Əyləncə məkanımız


Ana səhifə | Qeydiyyat | Giriş
Çərşənbə, 18.12.2024, 07:12
Salamlayıram sizi Qonaq | RSS
Menyu
Qeydiyyat
Dostunu dəvət et
Chat
500
Dost saytlar
  • Hər kəsin üz tutduğu qiblə
  • Qaracop
  • Anime portal
  • TQDK
  • Saygaclar
    Saygac.Ru
    Ana səhifə » 2012 » May » 10 » Günün qoroskopu (10.05.2012)
    12:01
    Günün qoroskopu (10.05.2012)


    Gün asandır, amma məhsuldarlıq barədə danışmağa dəyməz. Unutmayın ki, uğurlar bu gün yalnız zəhmətlə qazanılır və əgər yaxşı nəticələr əldə etmək niyyətiniz varsa, tənbəllik etməyin. 

    Vacib məsələlərin həlli üçün günorta daha münasibdir. Bu vaxt diqqətinizi yaxşı cəmləşdirə biləcəksiniz. 
    Ciddi problemlərin müzakirəsi, münasibətlərin aydınlaşdırılması məsləhət deyil. Ətrafınızdakılarla əlaqələri yalnız bir yolla yaxşılaşdıra bilərsiniz: onları dinləyin, ağlabatan güzəştli variantları qəbul edin. 

    Qoç - Mənfi tendensiyaların təsiri güclüdür, demək olar ki, bütün layihələriniz uğursuzluqla bitə bilər. Nə qədər əlləşib-vuruşsanız da, bu gün ulduzlar sizin tərəfinizdə deyil. Maraqlı bir məqam da var: bu gün problemlərinizlə baş-başa deyilsiniz, amma köməyinizə gələnlər heç də siz istəyən kimi hərəkət etmirlər. 

    Ailə üzvlərinizlə ciddi fikir ayrılıqları mümkündür. Bürcün bəzi nümayəndələri əlaqələrin tamamilə kəsilməsi barədə fikirləşəcəklər. Sevənlərin hissləri çətin sınaq qarşısında qalacaq. 

    Buğa - Həftənin ən sakit günlərindən biridir. Mürəkkəb sualların cavabını tapmaq, çətin məsələləri həll etmək lazım gəlmir. İşlər öz yolunda gedir, siz isə onlara azacıq təkan verirsiniz. Həmkarlarınız və rəhbərliklə münasibətlər ahəngdardır, çətin şəraitə düşdüyünüz zaman onların dəstəyinə güvənə bilərsiniz. 

    Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq. İdman zalında məşğul olmaqdansa, açıq havada gəzintiyə çıxsanız, daha yaxşı olar. Yaxınlarınızla münasibətləriniz əladır. Arada fikir ayrılıqları yaranacaq, ancaq bunlar o qədər də ciddi olmayacaq. 

    Əkizlər - Uğursuz gündür. Vaxtınızın çoxunu lazımsız işlərə sərf edirsiniz. Şəraitə alışmaq, onu düzgün təhlil etmək bir qədər çətindir. Bəzi detallar gözünüzdən qaçır, bu səbəbdən uğur əldə etmək şanslarınız çox azalır. Yaradıcı potensialınız aşağıdır, bu gün tapdalanmış cığırlarla gedin. 

    Yaxınlarınızla münasibətlərinizdə çətinliklər yarana bilər: siz dəstək gözləyirsiniz, amma boşuna. Pulları və qiymətli əşyalarınızı qoruyun, çox vacib və dəyərli bir şeyi itirə bilərsiniz. 

    Xərçəng - Həftənin yeganə çətin günüdür. Odur ki, gücünüzü toplayın, səhv etməməyə çalışın. Sizi nəyəsə təhrik etməyə, hərəkətlərinizi idarə etməyə çalışacaqlar. Hadisələrin sonluğu sizin nə dərəcədə ehtiyatlı və diqqətli olmağınızdan asılıdır. 
    Yaşlı qohumlarınızın və müdrik adamların məsləhətlərini dinləyin, bu gün sizə hadisələri başqasının gözüylə izləmək vacibdir. Günün sonunda maraqlı, amma birmənalı olmayan təklif ala bilərsiniz. Hər şeyi götür-qoy etməmiş cavab verməyin. 

    Şir - Uğur üzünüzə gülür, həm cari məsələlərin öhdəsindən asanlıqla gəlir, həm də cəsarətli planlarınızı rellaşdıra bilirsiniz. Rəqiblərinizi qabaqlamaq, rəhbərliyə özünüzün işgüzarlığınızı və peşəkar bacarıqlarınızı nümayiş etdirmək şansınız var. Qeyri-standart məsələlərin həlli sizin çox şeyə qadir olduğunuzu sübut edəcək. 

    Ünsiyyət, o cümlədən romantik münasibətlərin başlanması üçün əla gündür. Xoş təəssürat yaratmaq, heyran etmək, qəlbləri ələ almaq sizin üçün çətin deyil. Bundan başqa, çox az tanıdığınız insanları da əla başa düşürsünüz. 

    Qız - Çox uğurlu gündür. Hansısa bir çətin məsələnin həllinə necə başlamağı bilmir, uzun müddət təxirə salır, tərəddüd edirdinizsə, bu gün daha bir cəhd etməyə dəyər - hər şey alınacaq. Uzaqdan xoş xəbərlər ala bilərsiniz. Çox darıxdığınız bir şəxs sizi yadına salacaq. Sevgi etirafı mümkündür. Bu, qəfil olduğu qədər də sevindirici olacaq. 

    Enerjiniz çoxdur, özünüzü yaxşı hiss edəcəksiniz. Əhvalınız da yaxşı olacaq. İri məbləğdə pul ala bilərsiniz. 

    Tərəzi - Yaxşı gündür. Son zamanlar yaranan bəzi anlaşılmazlıqları aradan qaldıra, səhvləri düzəldə, sadəcə, həyatınızda yeni bir səhifə aça bilərsiniz - təbii ki, əgər bunu istəyirsinizsə. Amma əgər belə bir fikriniz yoxdursa, vaxtınızı xoş keçirə, dostlarınızla görüşə, alış-verişə çıxa, gözəllik salonuna, masaja gedə bilərsiniz. 

    Maliyyə vəziyyətiniz yaxşıdır. Pulları həm yığa, həm xərcləyə bilərsiniz. Yaxınlarınız sizi diqqətdən kənarda qoymayacaq, hədiyyə və sürprizlərlə sevindirəcəklər. 

    Əqrəb - İşlər rəvan getməsə də, müəyyən nəticələr qazanacaqsınız. Tək iş görməyin, özünüzə köməkçi tapın. Nəzakətli, yumşaq, üzüyola olmağa çalışın. Sizə tanış olmayan işləri görməyin. Yaxşı bildiyiniz işlərin qulpundan yapışın. 

    Güzəştə getməklə yaxınlarınızla münaqişələrdən qaça bilərsiniz. Bəzən sizə elə gələcək ki, köhnə əlaqələri bərpa etməkdənsə, münasibətləri «sıfır»dan başlamaq daha asandır, amma bu belə deyil. 

    Oxatan - Riskləri azaldın, ehtiyatlı olun - bu mürəkkəb günün xoşagəlməzliklərindən qaçmaq üçün yeganə çıxış yolu budur. Ulduzlar sizin tərəfinizdə olsa da, öz qeydinizə qalmağa borclusunuz. Başladığınız işləri yarımçıq qoymayın, hətta çətin olsa belə, onları bitirin. 

    Günün ikinci yarısı yeni tanışlıqlar qura, yaxud xoşunuza gələn insanlarla görüşə bilərsiniz. Sevdiyiniz şəxslə aranızda olan fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz. Amma küskünlük keçənə qədər aradan çox sular axacaq. 

    Oğlaq - Pis gün deyil. Tələsməsəniz, vurnuxmasanız, ağılsız hərəkətlər etməsəniz, gün nəinki itkisiz bitəcək, həmçinin yeni imkanlarınız da yaranacaq. Məsləhətləri dinləyin, amma öz intuisiyanıza da güvənin - həqiqət eşitdiklərinizlə duyduqlarınızın arasındadır. 

    Günün ikinci yarısına romantik görüş təyin edə bilərsiniz. O, həm əhvalınızı qaldıracaq, həm də sizə xoş emosiyalar bəxş edəcək. Ancaq böyük ailə tədbirləri üçün münasib gün deyil, tez yorulacaqsınız. 

    Dolça - Məhsuldar, maraqlı, bürcün bəzi nümayəndələri üçün çox uğurlu gündür. Yaradıcılıqla məşğul olan, qeyri-standart üsullardan, orijinal ideyalardan istifadə edənlərin peşəkar sahədə uğurları çox olacaq. Rutin işlər çox yorucudur, yaxşı olar ki, onları başqa bir adama həvalə edəsiniz. 

    Yaşlı qohumlarınızla mübahisələr mümkündür. Maliyyə, yatırım, ailə büdcəsi kimi məsələləri müzakirə etməyin. Bəzən öz istəklərinizi hər şeydən üstün tutur, ətrafınızdakıların maraq və rəylərini nəzərə almırsınız. 

    Balıqlar - Bir az tamahınızı yığışdırın. Sizi yoldan sapdırmaq istəyən şəxslər və hadisələr çoxdur. Mənfi tendensiyaların təsirilə mübarizədə sizə mənəvi prinsipləriniz və ruhi dayanıqlığınız kömək olacaq. 

    Qohumlarınızla mübahisələrdən çəkinin: əgər bu gün onlarla savaşsanız, bu müharibəyə son qoymaq çətin olacaq. Valideyn Balıqlar uşaqlarla dil tapa, şərait tələb edərsə, güzəştə gedə bilmirlər. Ev heyvanı ala bilərsiniz, amma o, kiçik olmalıdır.

    Bölmə: Maraqlı | Baxılıb: 702 | Müəllif: Lima | Reytinq: 0.0/0
    Cəmi şərhlər: 2
    0  
    2 Lima   (10.05.2012 18:48) [Xəbər]
    oyy deymez caniwkom benimmm

    0  
    1 yagmur   (10.05.2012 12:58) [Xəbər]
    ninanirsiniz ki bu gun ele bele weyler olacaq bunu duwunurdum ve mene lima sen bu xeberi vermekle komek etdin men vacib bir qerar vermeliyem ona gore deyildiyi kimi gotr qoy etmeliyem
    twkler qelbden limacan flower heart heart heart heart heart

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Qeydiyyat
    Bölmələr
    Eurovision 2012 [28]
    Video [12]
    Şəkillər [2]
    Azəri Mp3 [0]
    Türk Mp3 [1]
    Rus Mp3 [0]
    Xarici Mp3 [0]
    Rap [4]
    Sevgi [11]
    Şerlər [15]
    Hekayələr [15]
    Maraqlı [118]
    Yumor [6]
    Exclusive [11]
    Xəbərlər [22]
    Şou Biznes [33]
    Tanınmışlar [28]
    Qadın dünyası [7]
    Moda dünyası [3]
    Kulinariya [8]
    Mobil dünya [0]
    Avto dünya [2]
    Proqramlar [0]
    Oyunlar [4]
    Psixologiya [24]
    Bioqrafiyalar [2]
    Dostlarımıza [4]
    Idman [0]
    Azərbaycan [2]
    İslam [20]
    Digər [3]
    Sual Və Problemləriniz [6]
    Sorğu
    Ən çox bəyəndiyiniz istifadəçi
    Cəmi cavablar: 67
    Kalendar
    «  May 2012  »
    B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Sayğac

    Cəmi online: 1
    Qonaq: 1
    İstifadəçilər 0
    Arxiv
    Axtarış

    Copyright MyCorp © 2024 | Хостинг от uCoz