Tərkibi (4 pay):
1 x.q. kərə yağı 1 baş soğan 1/4 ç.q. üyüdülmüş keşniş toxumu duz 200 q uzun düyü 450 ml toyuq bulyonu (adi su da istifadə etmək olar) 2 x.q. doğranmış cəfəri 50-70 q qovrulmuş badam
Düyünü yuyun.
Tavada yağı əridin, xırda doğranmış soğanı içində şəffaf hala gələnədək, təxminən 3-4 dəqiqə qovurun. Üyüdülmüş keşniş toxumu, duz əlavə edib daha 30 saniyə qovurun. Düyünü əlavə edib yaxşıca qarışdırın (hər bir düyü kərə yağıyla qarışanacan).
Bulyon əlavə edin, qaynara düşəndə ocağı azaldın, qapağını ağzına qoyun, düyü tam bişənəcən, təxminən 15 dəqiqə bişirin. Lazım gələrsə, bir az da bulyon əlavə edin. Ocaqdan götürüb daha 10 dəqiqə dəmləyin.
Badamı iri doğrayın. Düyünün üstünə göyərti və doğranmış badam səpin. Boşqablara çəkin.
Nuş olsun!
|