Hər
gün müxtəlif hadisələrlə qarşılaşırıq.Bəziləri bizi məmnun edər
bəzilərinin cansıxıcı təsirindən günlərlə qurtula bilmirik.İşlərimizin
hansı nəticə ilə qurtaracağı fikri düşüncəmizin böyük hissəsini istila
edər.Mütəmmadi fərqli şəkildə olan hadisələrə bir məna verə
bilmirək.Qurtuluşu sıxıntılara sarılmaqda görərik.Beləcədə gözəl
düşüncələr qalar bir tərəfdə və dünyanı özümüzə zindan edərik.
Halbuki
ətrafımızda cərəyan edən hər hadisədə haqqımızda xeyirli məqsəd
gizlidir.Səbr edib sonuna qədər gözləsək bunu daha yaxşı anlayarıq.
Qədim
zamanlarda Afrikadakı bir ölkədə hökm sürən bir Kral varmış.Kralın bir
yerdə böyüdüyü və uşaqlıqdan yoldaşlıq etdiyi dostu var idi.Kral bu
dostunu yanından heç ayırmazdı.Hara gedirsə getsin,hər zaman yanında
aparardı.kralın bu dostunun bir xasiyyəti var idi.İstər öz başına
gəlsin,istər başqasının,istər yaxşı olsun ,istərsə də pis baş verən
bütün hadisələr qarşısında hər zaman "Bunda bir xeyir var"-deyərdi.
Bir
gün Kralla dostu ova çıxırlar.Kralın dostu tüfəngləri güllə ilə
dolduraraq krala verir,kralda atəş açırdı.Birdən dostu tüfəngi dolduran
zaman səhvə yol verdi və kral tüfəngisəhv ataraqgeriyə atəş açdı və
nəticədə baş barmağını itirdi.Hadisəni görən dostu hər zamankı kimi: "Bunda bir xeyir var"-dedi. Kral qəzəblə bağırdı:"Bunun harası xeyirdir?Görmürsənmi barmağım qopdu?" Sonra da hirsi soyumayan kral dostunu zindana atdırır.
Bir
neçə il sonra,kral yenə də öz adamı ilə ova çıxmışdı.Bilmədən gəlib
insan əti yeyən bir qəbilənin yaşadığı əraziyə çıxmışdılar.Elə bir az
ovlamışdılar ki,qəbilə üzvləri onları gördü və dərhal basqın edərək
onları tutdular.Əl-ayaqlarını bağlayıb qaldıqları yerə apardılar.Meydana
odun yığdılar sonra kral və adamlarını odun yığınının ortasında dirəyə
bağladılar.Odunları tam sındırmağa hazırlaşırdılar ki,Kralın baş
barmağının olmadığını gördülər.
Bu qəbilə batil inancların
nəticəsi olaraq bədən üzvlərindən hər hansı biri kəsik olan insanları
yemirlərmiş.Belə bir insanı yedikləri təqdirdə fəlakətə düçar
olacaqlarına inanırdılar.Bu qərarla kralı açıb buradılar.O birilərini
isə bişirib yedilər.
Saraya dönən kral quruluşunun kəsik
barmağı sayəsində olduğunu anlamışdı və neçə illər bundan qabaq can
dostuna rəva etdiyi əməlinə görə çox peşman olmuşdu.Tez dostunu
zindandan çıxartdırıb yanına gətirtdi və başına gələnləri dostuna
danışdı."Haqlısanmış"-dedi."Barmağımın qopmasında həqiqətəndə bir xeyir
varmış.bax buna görə də sənı uzun müddət zindanda saxladığım üçün səndən
çox üzr istəyirəm.Etdiyim çox haqzız və pis əməl idi."
"xeyir"-dedi dostu."Bunda da bir xeyir vardı!" "Nə
danışırsan ALLAH xətrinə"-deyə bağırdı kral."Ən əziz dostunu bir il
boyunca qara zindanda saxlamağın,həm də haqsız yerə,harasında xeyir
var,söyləsənə.!"
Bir fikirləşki,mən zindanda olmasaydım harada olardim.Təbii ki,sənin yanında.Bəs sonra necə fikirləşdinmi heç?...
ozdunyamiz sene demeye soz tapa bilmirem eeee....dehsetsen vallah...........nece gozel bir hekayedi))))tesekkurler dostikim menim sen birdenesen vallah men de oz acar sozumu deyim?? mubarize,guzgu,qiymet,qelb,qirinti....... seni cox isteyirem ozdunyamiz artiq lap cox)))))))))mene cox destek oldu inan