Dərdsiz bir həyatmı? Yoxsa talehsiz hadisələr qarşısında mənəvi gücümüzü qorumaqmı? Xəyallar qurub xoşbəxtliyi tapacağımız günü gözləməkmi? Yoxsa kiçik şeylərdən gözəlliklər süzməkmi? Həyatı davamlı sorğulamaqmı? Yoxsa olduğu kimi qəbul etməkmi? Bütün həsrətlərə qovuşmaqmı? Darıxmanın içindəki gizli xoşbəxtliyi kəşf edə bilməkmi? Hər dilədiyimizə sahib olmaqmı? Yoxsa sahib olduqlarımızla kifayətlənməkmi? İnsan niyə xoşbəxt ola bilməz ... Çox vaxt bir əl uzatmaq qədər yaxınkən Saysız nemətlərə sahibkən Bir yerdə səhv etmirikmi? Çoxmu gələcək qayğısı daşıyırıq Görəsən çox şey istədiyimiz üçünmü bizdən uzaqlaşır Niyə "təşəkkür edirəm, bu mənim üçün kafi" deyə bilmirik Başqalarında olmayıb bizdə var olan şeyləri düşünmürük Və əlimizdən itkin getmədən qiymətini bilmirik Əgər bədbəxt isək bizim heçmi günahımız yoxdur?
Bir varmış, bir yoxmuş kimi yaşanan həyatda Heç bir yerə sığmırıq, həmişə axtarış içindəyik, dayanıb nəfəs almırıq Ən böyük uduzmalarımızı ehtiraslarımıza, arzularımıza qarşı yaşayırıq Yəni bu həyatda Sevincdən ürəyimizin daşdığı günlər də olacaq Tərifsiz çətinliklərimiz də… Təbəssüm də olacaq, gözyaşı da… Onsuz da davamlı bir xoşbəxtlik səncə də çox qəribə deyilmi ? Həyatın sətir aralarında hüznlər paylaşılmasa xoşbəxtliyi necə kəşf edəcəyik
Hansı şərtlərdə və necə bir həyat sürərsək sürək Önümüzdə həmişə iki variant olacaq Yaxşıya yorma - pisə yorma, yıxılıb qalmaq - ayaqda dayanmaq, kədərlənmək - dərs çıxarmaq, üsyan etmək - səbr edib dua etmək, Seçimimizi bizi xoşbəxt edəcək yaxşıdab yana istifadə edə bilməzikmi? Oturub gözləmək, asançılığa qaçmaq insanlardan və yaradıcıdan əvəzsiz xoşbəxtliklər gözləmək xəyalçılıq deyilmi? Xoşbəxtlik əməyin mükafatıdır. Bəziləri bu mükafata asan çatar bəziləri çətin… Əgər sənin də payına çətin olan düşmüşsə kədərlənmə! Əvəzi artığıyla ödənmiş xoşbəxtliklərin dadı bir başqa olmazmı ?
Həyatın asan olmadığını, Bəzilərinə ögey övlad rəftarı etdiyini bilirəm Xəzanda ümid yaşıllaşdırmanın çətinliyini də bilirəm Amma nə edəcəksən Mən oynamıram deyə kənara çəkilə bilməzsən ki Çəkilsən belə həyat sənin bu qərarından heç təsirlənməz Bu həyat sənindir! Sahiblənməkdən başqa şansın yoxdur!
Böyük ömrü, xoşbəxtliyi axtararaq keçirdin "Ey xoşbəxtlik haradasan" deyə illərcə giley etdin Və köhnəldin artıq Heç olmasa qalan ömrü ziyan etmə Xoşbəxtlik itkin bir mal deyil O, nə göydə nə də yerdə İçində, baxışında, şərhin də Nə zamanki İstəklərini məqbul səviyyədə tutub doyumsuzluğa nöqtə qoysan Bir az səy göstərib əmək versən Verdiyi nemətlər üçün Yaradıcıya təşəkkür etsən Həlli çətin hadisələr, əziyyətlər, xəstəliklər qarşısında Səbr edib ümidi qoruyaraq dua etsən Xoşbəxtliyi taparsan demirəm Bu elə xoşbəxtsən deməkdir .
Çox vaxt buğulu bir şüşənin gerisində Xoşbəxtliyi tapacağımı düşündüyüm Çox uzaqlara getməyi mən də arzulayıram. Belə bir yerin olmadığını bilə-bilə… İqlimləri xoşbəxtliyə dayanan bir şəhər yoxdur! Bu sevdadan imtina et! Həyatın içinə dön! Xoşbəxtlik həyatın hər anında və hər şərtində var Yetər ki gör və yetər ki istə
Hər kəsin arzuladığı və getməyi arzuladığı Mütləq xoşbəxtliyin olacağı Əlbəttə ki bir yer var "CƏNNƏT" Səbrli ol Heybənə bir şeylər əlavə etməyə bax! Ora da çox uzaq deyil bizə !
Dərdsiz bir həyatmı? Yoxsa talehsiz hadisələr qarşısında mənəvi gücümüzü qorumaqmı? Xəyallar qurub xoşbəxtliyi tapacağımız günü gözləməkmi? Yoxsa kiçik şeylərdən gözəlliklər süzməkmi? Həyatı davamlı sorğulamaqmı? Yoxsa olduğu kimi qəbul etməkmi? Bütün həsrətlərə qovuşmaqmı? Darıxmanın içindəki gizli xoşbəxtliyi kəşf edə bilməkmi? Hər dilədiyimizə sahib olmaqmı? Yoxsa sahib olduqlarımızla kifayətlənməkmi? İnsan niyə xoşbəxt ola bilməz ... Çox vaxt bir əl uzatmaq qədər yaxınkən Saysız nemətlərə sahibkən