İngiltərədə Codi Ceyms adlı uşaq doğulandan bəri nə ağlaya, nə də
gülə bilir. Buna səbəb yalnız 1 milyon adamdan yalnız ikisində təsadüf
edilə bilən Mebius sindromudur.
Son dərəcə nadir rast gəlinən sindrom sinir zədələnməsi səbəbindən
üzdəki əzələlərin tərpənməməsi ilə özünü büruzə verir. Qeyd edək ki, bu
ağır xəstəliyin hələlik heç bir müalicəsi yoxdur.
Hazırda İngiltərədə 124 uşaq bu xəstəlikdən əziyyət çəkir.
"Oğlumun heç bir zaman gülməyəcəyini bilmək mənim üçün çox ağırdır.
Amma son vaxtlar durumunda bir qədər irəliləyiş var. Üzündəki təbəssümə
bənzər ifadə ilə belə, xoşbəxt olduğunu bilmək bizə yetər", - Ceymsin
anası Kim İstvel deyib.
Codinin ailəsi hazırda Mebius sindromundan əziyyət çəkən uşaqlar üçün ianə toplayır.