Ötən il məruz qaldığı
sui-qəsddən sonra bədəninin sol tərəfi iflic qalan məşhur türk müğənni
İbrahim Tatlısəsin müalicə prosesi zamanı indiyədək haqqında bəhs
olunmadığı əməliyyata məruz qaldığı deyilir.
İddialara görə, Tatlısəs səsini qorumaq və yaxşılaşdırmaq üçün bu əməliyyata razılaşıb.
Tatlısəsin menecerləri bu iddiaları yalanlayıblar. Onların dediklərinə
görə, "İmperator" sadəcə, böyrək daşından qurtulmaq üçün əməliyyat
olunmuşdu.
"Möcüzə" adlı yeni albomu ilə bağlı studiya çalışmalarına başlamış
Tatlısəsin "sirli" əməliyyatının qulaq-burun və boğaz cərrahı İsmayıl
Koçak tərəfindən həyata keçirildiyi vurğulanır.
Koçak "səs cərrahı" kimi də tanınır.
Tatlısəsin meneceri Eyup Kanat bu iddianı qətiyyətlə təkzib edir.
deyirem insanin evveline de bax sonrasina da..vallah insan gerek ne oldum yox ne olacam desin eee..esas bu barede fikirlessin..ona baxdim cox qeribe oldum..gezmeyi sesinin titremesi gozumun qabagindan getmir((