Həqiqətən də varmış ilk baxışdan məhəbbət, Sənə rast gəldiyim gün mən buna əmin oldum. Elə həmin gündən də dünyama çökdü zülmət, Sən daim sönməz bir şam, mənsə pərvanən oldum.
Baxışlarınla məni oda-közə saldın sən, Zərif təbəssümnlə bu canımı aldın sən, Qəlbimdə əbədilik iz buraxdın, qaldın sən, Sən Leyli olmasan da, mən əsl Məcnun oldum.
Ancaq yuxuda səni əzizlədim, oxşadım, Bu şirin xəyalları, heyif, sənsiz yaşadım, Onları anlatmağa nədənsə aciz qaldım, Bütün arzularımla sənin əsirin oldum.
Ürəyimi açmağa çatmadı cəsarətim, Yəqin belə yazılıb mənim taleyim- bəxtim, Bu insafsız dünyaya kaş ki, heç gəlməyəydim, Səni sevməyimə də inan ki, peşman oldum...
|