Kembricdən olan mütəxəssislər birmənalı şəkildə belə qənaətə gəliblər
ki, şokoladdan qocalmaya mane olan vasitə kimi istiafdə etmək
mümkündür.
"Lycotec" şirkətinin əməkdaşları "Coco-Lycosome" adı verilən
inqredientin köməyi ilə şokoladın tərkibini dəyişdiriblər. O,
flavanolların gücünü 20 dəfəyədək artırır. Bununla da onlar bədənin
tərkibində kakao olan flavanolları udmaq qabiliyyətini artıran
texnologiya hazırlayıblar. Bu molekullar dərinin qocalmanın sürətini
azaltmaq üçün vacib olan oksigenlə zənginləşməsini yaxşılaşdırır.
Beləliklə, yeni şokoladın kiçik bir tikəsi cavanlaşma effekti
baxımından iki plitka şokolada bərabərdir. "Lycotec"in yaradıcısı İvan
Petyayevin sözlərinə görə, şokoladın tərkibini dəyişdirilməsi
texnologiyası məhsulun dad keyfiyyətinə və ya onun teksturasına heç bir
təsir etmir. "Coco-Lycosome"nin təhlükəsizliyi isə rəsmən sübut olunub.
Deməli, yeni məhsul bazarlara çıxmağa hazırdır. Lakin dietoloq Kerri
Rakstonda onun faydalılığı ilə bağlı bəzi şübhələr var. "Flavanollar pis
sorulurlar, buna görə ideya maraqlıdır, amma mən hazırlamanın
effektivliyinin konkret sübutlarını əldə etmək istəyirəm", - Rakston
qeyd edir.