Acı Çili istiotu yeyən adamların həmişə tərləmələri bir müddət əvvəl
Kaliforniya Universitetinin tədqiqatçılarının diqqətini cəlb etmişdi. Bu
da kəskin qidanın bədənin temperaturunu artırmasından artıq kiloların
itirilməsi üçün istifadə edilməsinin mümkünlüyünü sübut edir. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
İndi isə koreyalı alimlər istiotun tərkibinə daxil olan və insanı
asqırmağa vadar edən birləşmələrin köməyi ilə artıq çəkidən xilas olmağı
təklif edirlər. İlkin sınaqlar göstərir ki, bu bitkinin tərkibindəki
piperin yeni yağ hüceyrələrinin yaranmasına imkan vermir. Deməli,
nəzəriyyədə piperin piylənmə əleyhinə preparatların gözəl təbii
alternativi ola bilər.
Hazırda Koreyanın Seyonq Universitetinin alimləri onun laboratoriya
və kompyuter modellərində piy toxumalarındakı genlərə təsirini sınaqdan
keçirirlər.
Əldə olunan nəticələrə görə, piperin yeni piy hüceyrələrinin
yaranması arxasında duran genlərin fəallığına mane olur. Bununla da
piyin yaranmasına nəzarət edən zəncirvari reaksiya əmələ gəlir.
Ozdunyamiz