Yeni istehsal edilən texnologiya sayəsində insan əli "siçan"dan
istifadə etmədən rəqəmsal nəzarət alətinə çevrilir. Bu barədə çərşənbə
günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Bu cür cihazları istehsal etməkdə məqsəd "siçan" və ya ekrana birbaşa
toxunmadan kompüterlərə nəzarət etməkdir. Bununla da kompüterdə
aparılan əməliyyatları asanlaşdırmaq, yaxud əməliyyat zamanı heç nəyə
toxunmadan xəstələrin vəziyyətini müayinə etmək mümkün olur.
İnfraqırmızı işıqla işləyən və üçölçülü istifadə sahəsini təmin edən
bu texnologiyanın ilk örnəklərindən biri "Leap Motion" adlı cihazdır.
Bazara çıxarılan cihazın dəyəri 69,99 dollardır. Yeni texnologiya
sayəsində istifadəçilər əl və barmaqlarını havada hərəkət etdirməklə
kompüterə əmr verə biləcəklər.