Latviyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Anmari mətbuat
konfransında Azərbaycan dilində "Sarı gəlin" xalq mahnısnı ifa edib.
Anmari qeyd edib ki, onun mahnısı çox sevimlidir və tamaşaçıların zövqünü oxşayacaq.
Anmari "Eurovision" mahnı müsabiqəsində "Beautiful song" mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, bu gün "Bakı Kristal Zalı"nda "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.
İlk məşqi müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Çernoqoriyanın təmsilçisi Rambo Amadeus keçirib.
Gün boyu davam edəcək məşqlərdə Çernoqoriya, İslandiya, Yunanıstan,
Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya
təmsilçiləri iştirak edir.