Qələbədən sonrakı mətbuat konfransında Lorin nələr deyib
"Eurovision-2012”nin
finalından dərhal sonra 1-ci yerin qalibi Lorin "Bakı Kristal Zalı"nda
media nümayəndələri ilə görüşüb. Mətbuat konfransının gözlənilməz qonağı
isə müğənninin anası olub. Şəmsətəl-Haui adlı bu xanım əslən
Mərakeşlidir. Anası qalib qızını təbrik etdikdən sonra zalı tərk edib.
Jurnalistin "Sizdən Azərbaycan haqqında necə ölkədir soruşsalar nə
cavab verəcəksiniz?" sualına Lorin belə cavab verib: "Deyəcəm ki,
onların çox dadlı mətbəxi və gözəl insanları var!".
Lorin deyib: "Mənim əyləncəm dadlı yemək, sevdiyim insanların əhatəsində olmaq və yaxşıca yatmaqdır".
”Qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan" sualına
müğənni bir qədər düşünərək cavab verib ki, "burada görüşdüyüm müxtəlif
insanlar haqqında xatirələrimi”.
”Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand müsabiqənin
gələn il İsveçdə keçirilməsini təsdiqləyən sənədləri Lorinə təqdim edib.
"Sizi iyun ayında Cenevrəyə dəvət edirik. Orada qarşıdakı müsabiqə
haqqında daha ətraflı müzakirələr olacaq".
J.O.Sand xatırladıb ki, yarışın qaydalarına görə növbəti final, qalib müğənninin təmsil olunduğu ölkədə keçirilməlidir.