"Öyle bir keçər zaman ki” serialının Carolini alman əsilli Wilma Elles Türkiyədən çıxarıla bilər.
Hər
şey aktrisanın polis bölməsinə getməsi zamanı ortaya çıxıb. Belə ki,
pasport məsələləri ilə bağlı İstanbul Polis İdarəsinə gedən Wilma
Elles-dən Türkiyədə qalma icazəsini göstərən sənəd istənilib. Ancaq
Elles məlum sənədi tapa bilməyib. Sənədin hər zaman çantasında olduğunu
deyən oyunçu "oğurlanıb, ya da itirmişəm” deyib.
Aktrisa bundan sonra Fatih Şehit Tevfik Erciyes Karakoluna gedərək sənədin itirildiyinə dair müraciət edib.