İsrailli super model Bar Rafaeli yeni çəkiləcək filmdə Mossad casusunun obrazını canlandıracaq.
2010-cu ildə "Həmas”lı komandir Mahmud əl Mabhuhun Mossad casusları tərəfindən öldürülməsi barədə şayiələrdən bəhs edən film, Mossadın suiqəsdçi qrupu "Kidon”un ("Mizraq”) adını daşıyır.
Mossad bu suiqəsdi inkar edir, filmdə də qətli özlərini Mossad casusu kimi qələmə verən şəxslərin törətdiyi göstərilir. Qruplaşma Mossad casusu olan Bar Rafaelini fələstlinli mücahidi öz toruna salması üçün istifadə edir.
Rafaeli filmlə bağlı bu sözləri deyib: "Həmişə Mossad casusu olmaq istəmişəm. Bəlkə də casusam. Bunu kim bilə bilərki? Məşhur model olmaq bu həqiqəti gizlətməyin ən yaxşı metodudur”.
Film gələn il İsraildə və Fransada təqdim ediləcək.