Beynəlxalq "Formula-1" avtoçempionatının sahibi Berni Ekklstounun qızı Tamara xeyriyyəçilik etmək fikrinə düşüb. Daha doğrusu o, xəstələri dəstəkləmək istəyir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Tamara özəl reaktiv təyyarəsində Yunanıstanın Santorini adasına yollanaraq Aralıq dənizinin qayalıq sahilində fotosessiyaya çəkilib.
Fotosessiya "Great Ormond Street Hospital" xəstəxanasına yardım fondu üçün, xeyriyyə məqsədli təqvim üçündür.
Çəkilişlərdə 27 yaşlı Tamaranın vizajisti Qari Kukreyl və stilist də vardı.
|