1) Həyatımız at arabasına bənzəyir.Ona qoşulmuş 4 at cilovlamalı olduğumuz hisslərimiz-nəfs, həsəd,ehtiras və qəzəbdi.
At arabasını sürən isə insanın özüdür.Əgər arabaçı dörd atın cilovundan bərk yapışsa, onda arabanı, yəni həyatını
o idarə edəcək, əgər hisslərin cilovunu buraxsa, vəhşi atlar onu qayalara vurub məhv edəcək.
2)Əgər nəyisə öyrənmək istəyirsənsə onu həqiqətdə hisslərində yox, əqlində görə bilərsən. İnsanlar hissləri ilə
yox əqli ilə yaşamalıdırlar.
3) Uşaq ağac toxumuna bənzəyir.Toxum torpağa əkilməzdən əvvəl, əkilməsi üçün zəruridirsə, onu əkəndə bar verəcək. Bu uşaqda irsiyyətdi. Toxumu əkən adam ona qayğı göstərəcəksə, o gələcəkdə sahibinin üzünü ağ edəcək. Bu uşaqda ailənin təsirini göstərir. Əgər toxum münbit şəraitdə bitirsə, demək meyvəsi çox olacaq. Bu da uşaqda sosial mühitin əlamətidi. Görün, bir ağac toxumu ilə bizim tərbiyəmizə və inkişafımıza
təsir edən amillərin nə qədər bənzərliyi var.
4)İnsanları ali "heyvanlar" adlandırmaq olar. Çünki yeganə olan insandı ki, şüurlu ola- ola vəhşilik edir."Ali" sadəcə onun şüurlu varlıq olduğunu göstərir.
5)Həyatınız qaranlıq və zülmət dolu otağa bənzəyirsə, iman çırağını yandırıb qəlbinizi və həyatınızı işıqlandırmaqdan çəkinməyin.
|