Lider telekanalının «Rəngarəng» verilişinin efirində populyar müğənni
Nadir Qafarzadə deyib ki, onu «əjdaha» kimi təqdim edəndə xoşuna gəlmir.
müğənni bu mövzunun unudulması üçün müəyyən zaman tələb olunduğunu deyib.
"Mən
bu addan imtina edə bilmərəm, çünki ola bilər ki, elə insanlar var ki,
məni məhz bu ada görə təhdid edirlər. Əgər imtina eləsəm, sabahı gün bir
neçə həmkarım efirə çıxıb deyəcək ki, "Görürsünüz, əjdaha dözmədi və öz
ləqəbindən imtina elədi". Amma daha deməyəcək ki, bunu bezdiyimdən
eləmişəm. Həqiqəti yalnız bir-iki nəfər biləcək, qalanları isə
özlərindən uydurmağa başlayacaqlar. Odur ki, elə qalmağı yaxşıdır".