Namaz, Allaha olan borcumuz, itaətimizdir. Bu borcu layiqincə yerinə yetirmək əlbəttə ki, cəmi möminlərin arzusudur.
Hər birimiz namaz qılarkən çalışırıq ki, mümkün qədər az səhvə yol verək. Amma elə səhvlər və hərəkətlər var ki,
onlar namazı poza bilər.
1)Ağzımızda noxud böyüklüyündə bir şey varsa və onu namaz qılarkən ağzımızda tutub və ya udarıqsa namaz pozulur;
2)Namaz üzərində lazımsız öskürək namazı pozur. Hətta öskürəyimiz həqiqətən olsa da onu boğmağa çalışmalı və ya yüngül öskürməliyik;
3)Namazda hər hansı bir dərd və ya müsibət səbəbi ilə "af" "of" etmək olmaz. Bunlar da namazı pozar.;
4) Namaz qılarkən lazımsız yerə "ya Allah" ya da "şükür sənə" kimi sözlər də namazı pozar. Çünki namazda deyilməli vacib olan sözlərdən başqa söz demək düzgün deyil;
5)Namazda gülümsəmək ya da gülmək. Dodağın qaçmağı artıq namazı pozur;.
6)Əlləri ya da ayaqları hərəkət etdirmək, barmaqları oynatmaq namazı pozar. ;
Allah xeyirli ibadətlər bəxş etsin bizə, cəmi möminlərə!!!!!!!!!!
|