"Şipşirin” ləqəbi ilə tanınan Elçin Cəfərov
yeni layihələrindən söz açıb. SİA-ya açıqlama verən müğənni son
zamanlar hitə çevrilən "Səndən əl çəkirəm”-ə klip çəkdirdiyini deyib:
"Klip qısa süjet xəttinə malik olsa da çox maraqlı alınıb. Daha bir
yeniliyim isə həmkarım Natəvan Həbibi ilə olacaq."Yay” mahnısına duet oxuyacağıq. Düşünürəm ki, yaxşı alınacaq”.
Elçin gündəmdə qalmağın sirlərini də bölüşdü: "Müğənni klip
çəkdirməklə, konsert verməklə, albom çıxarmaqla gündəmdə qala bilər. Bir
sözlə, yaradıcılıqla məşğul olmalıdır. Şərt deyil ki, hər gün efirdə
olsun. Əsas odur ki, yaxşı işlər göstərə bilsin”.