Misirin Luksor şəhərində 28 yaşlı Hamid Hafiz əl-Nubinin dəfnində əsl
möcüzə baş verib: mərasim zamanı mərhum gözlənilmədən dirilib.
Naqa əl-Simman kəndində qızmar günəş altında tikintidə işləyən Hamid
Hafiz birdən-birə özünü pis hiss edib və həkimlərin fikrincə geniş
infarkt keçirərək vəfat edib.
O, huşunu itirib, sonra ürəyi dayanıb və həkimlər onun öldüyünü təsdiqləyiblər.
Mərhumu son mənzilə yola salmaq üçün bütün kənd camaatı toplaşıb.
Lakin meyiti tabuta qoyarkən həkim gəncin hələ nəfəs aldığını, onun
damarlarında qan işlədiyini hiss edib.
"Mərhum”un anası huşunu itirib, ona tibbi yardım göstərmək lazım
gəlib. Beləliklə, dəfn mərasimi ləğv edilib və kənd sakinləri Hamid
Hafizin sağlığına qonaqlığın iştirakçılarına çevriliblər.