1)Oruc tutmaq, ilahi əzab qarşısında qalxandır;
2)Üç xislət vardır ki, oruc tutub namaz qılsan belə, günahı böyükdür:söz verib yerinə yetirməmək, yalan danışan,
əmanətə xəyanət edən;
3)Ramazan ayı, günahların yanıb, kül olduğu üçün belə adlanır;
4)Oruc tutun, sağlam qalın;
5)Oruclu ikən kimsə sizə zülüm edər ya da hirsləndirərsə, dilinizi qarğışdan və pis sözlərdən çəkindirin, sadəcə
həmin adama mən orucluyam deyin;
6)Sədəqənin ən xeyirli olanı, Ramazan ayında verilənidi;
7) Oruclu üçün fəxr olunası iki vaxt vardır:biri iftarını açdığı vaxt, digəri Allaha qovuşub savabının xeyrini gördüyü
vaxtdır;
8)Gözün orucu, haram olan baxışdan gözü çəkindirməkdir, dilin orucu, lazımsız və
faydasız sözlər danışmaqdan çəkindirməkdir, qulağın orucu, qeybət kimi günah
söhbətlərdən eşitməkdən çəkindirməkdir,əlin orucu, haramı tutmamaq, ayağın orucu, harama getməməkdir.
Ey İman edənlər! Görürsünüzmü, təkcə mədənin deyil, insanın bütün əzalarının orucunu tutmaq lazımdır
|