ABŞ-da yaşayan 76 yaşlı Etta Mey Urqahart "Mega Millions" lotereyasının cek-potunu qazanmış və 51 milyon dollara yiyələnmişdi.
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Kaliforniya ştatında yaşayan
Urqahart oğlu Ronniyə etibar etdiyi üçün indi kor-peşmandır.
Lotereyada
qalib gəldiyini eşidəndə qoca ana oğlu Ronni ilə birlikdə Orender
şəhərində lotereyanı aldığı yerə yollanıb və lotereya biletini
imzalamaq istəyib. Lakin Etta çox həyəcanlı olduğundan əli titrəyib və
onun yerinə bileti imzalamasını oğlundan xahiş edib. Oğlu da sənədlərə anasının yox, öz adını yazıb.
Beləcə, Ronni 51 milyon dollara yiyələnib. Qadın bunu öyrənəndə isə Ronni onu qorxudub, "bundan xəbər tutsalar, pulu əlimizdən alacaqlar" deyib.
Daha sonra Ronni özünə 4 ev, 10 maşın alıb, pulları sel kimi səpələyərək xərcləməyə başlayıb. Ana isə susmayıb və oğlunu məhkəməyə verib. Ronninin atalığı Bob da şikayətçidir: "Bizə baxmır, anası ilə məni eyninə də almır".