Ana səhifə » 2012»May»8 » Qardaşının xəstəliyi Azəri Güneli bərk sarsıtdı - EKSKLÜZİV
09:39
Qardaşının xəstəliyi Azəri Güneli bərk sarsıtdı - EKSKLÜZİV
Azəri Günelin qardaşı bəstəkar-müğənni Tunar Rəhmanoğlunun səhhəti gözlənilmədən pisləşib. Milli.Az-ın əldə etdiyi məlumata görə tanınmış estrada müğənnisi Azəri Günelin qardaşı, populyarlıqda bacısından heç də geri qalmayan bəstəkar-müğənni Tunar Rəhmanoğlunun səhhətində problemlər yaşanır.
Həkimlərin
qoyduğu ilkin diaqnoza görə Tunarın mədə-bağırsaq sistemində bəzi
pozuntular var. Xəstəliklə mübarizə aparmaqda çətinlik çəkən müğənni
müalicə olunmaq üçün mayın 8-də Bakıdakı klinikalardan birində
yatırdılacaq.
Qardaşının səhhətindəki problemlər üzündən müğənni,
bölgələrimizdə planlaşdırdığı xalq konsertlərini qeyri-müəyyən vaxta
qədər təxirə salıb.