Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın əvvəllər
sadəcə şəkər və sudan ibarət, qidalandıcı dəyəri olmayan məhsul olduğu
hesab edilirdi. Aparılan araşdırmalar isə
qarpızın əslində çox dəyərli bir giləmeyvə olduğunu göstərir.
Qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C,
A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən
o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və
yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət
göstərir.
Qeyd edək ki, 150 qram qarpız gündəlik C vitamini ehtiyacının yüzdə 24,3 faizini, A vitamininə olan tələbatın 11 faizini ödəyir.
Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri,
maqneziumun miqdarı baxımından da zəngin bir mənbədir. Böyük hissəsi
sudan ibarət olduğu üçün az kalorili olan qarpızın 200 qramında təxminən
50 kalori var. Bu səbəbdən hər kalori üzrə alınan qidalı maddələrin
miqdarı çoxdur. Qarpızın daha bir faydası isə onun yüksək qan təzyiqini
aşağı salmasıdır.
Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız
tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin
miqdarına görə liderdir. Bu güclü antioksidant orqanizmdəki sərbəst
radikallarla mübarizə apararaq xərçəngdən müdafiə təsiri göstərir.
Osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi
simptomlarını zəiflədir. Araşdırmalar yaşıl çayla və likopenlə zəngin
olan məhsulların birgə istifadəsinin sienergetik təsir yaradaraq
orqanizmin xərçəngdən güclü şəkildə müdafiə olunmasına imkan verdiyini
göstərir. Qarpızla bağlı müzakirə olunan daha bir mövzu isə onun
tumlarının udulmasının apendisitlə bağlı problemlərə yol açması ilə
bağlıdır. Qeyd edək ki, bütöv halda udulan qarpız tumlarının çox az
hallarda apendisitə səbəb ola biləcəyi ehtimalı mövcuddur.